ABŞ İran hökumətinə son 4 gündə 3 dəfə xəbərdarlıq mesajı göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” adı açıqlanmayan İran mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ öz mesajlarında gərginliyin artmasının bütün tərəflər üçün zərərli olduğunu vurğulayıb.
Bildirilib ki, İranın hakimiyyət orqanları hələlik bu xəbərdarlıqlara reaksiya verməyib.
Xatırladaq ki, iyulun 27-də Hizbullahın Qolan təpələrində yerləşən Məcdəl-Şəmsə zərbə endirməsi nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrailin cavab əməliyyatı hazırladığı bildirilir.