ABŞ ordusunun Suriyadakı qeyri-qanuni mövcudluğu beynəlxalq hüququ və bu ölkənin ərazi bütövlüyünü pozur.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.
“Terror qruplaşması ilə mübarizə ABŞ-ın Suriyanın işğalını davam etdirməsi və bu ölkənin resurslarını, o cümlədən enerji və taxılını daha da talan etməsi üçün sadəcə bəhanədir. İranın hərbi müşavirləri Dəməşq hökumətinin dəvəti ilə Suriyaya terrorla mübarizədə kömək etmək üçün oradadırlar”, – Kənani bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib. Buna cavab olaraq ABŞ Suriyanın şərqində Qüds qüvvələrinin, Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurmuşdu.