ABŞ İran və Çin vətəndaşlarına sanksiya tətbiq etdi

ABŞ İran və Çin vətəndaşlarına sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.

“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, – məlumatda deyilir.

Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə əməkdaşlığının qadağan olunmasını nəzərdə tutur.

Teqlər: