Amerika Hərbi Dəniz Qüvvələri İranın bölgədəki hərbi təhdidlərinin qarşısında durmaq üçün İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə birgə dron şəbəkəsini işə salmaq üzərində işləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ gələn ilin yayınadək bölgə ölkələrində Misirdəki Süveyş kanalından İran sahillərinə qədər müşahidə aparacaq 100 ədəd kiçik dron şəbəkəsini yerləşdirməyi planlaşdırır.
Hesabata görə, həmin PUA-lar topladıqları məlumatları Amerika Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına göndərəcək.