ABŞ kimyəvi silahların hazırlanmasında iştirak etdiyi iddia edilən İran şirkətinə qarşı sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, İranda yerləşən “Hakiman Şərq” tədqiqat şirkətinə məhdudiyyətlər qoyulub.
Dövlət Departamenti onun kimyəvi silahların tədqiqi və inkişafı ilə məşğul olduğunu iddia edir.