Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın 2 ədəd B-52 bombardmançı təyyarəsi ölkə ərazisində İranın cənub sərhədlərinədək fasiləsiz uçuş həyata keçirib.
AzerTimes-ın məlumatına görə, Atlantik okeanı, Aralıq dənizi, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Fars körfəzi üzərindən uçan təyyarələr İran sərhədinə çatdıqdan sonra geri qayıdıb.
Bombardmançı təyyarələrin fasiləsiz uçuşunu yanacaqdolduran təyyarələr təmin edib. Uçuş zamanı bombardmançıları İsrail, Səudiyyə Ərəbistanı və Qətər qırıcıları müşayiət edib.
Qeyd olunur ki, bu, ABŞ bombardmançılarının son dörd ay ərzində İran sərhdlərinədək 7-ci uçuşudur.