ABŞ və Britaniya Hərbi Dəniz Qüvvələrinin keçirdikləri birgə əməliyyat nəticəsində ballistik və tank əleyhinə raketlərin hissələrini daşıyan İran gəmisi ələ keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ 5-ci Donanmasının komandanı admiral Bred Kuper açıqlama verib.
“ABŞ və müttəfiqləri region sularının təhlükəsizliyini və sabitliyini təhdid edən istənilən fəaliyyətə cavab verəcək”, – Kuper bildirib.