

Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün İran və ABŞ rəsmiləri arasında danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai deyib.
“İran-ABŞ danışıqlarının növbəti raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılır”, – o bildirib.
Qeyd edək ki, mayın 23-də İran və ABŞ arasında Romada nüvə danışıqlarının beşinci raundu keçirilmişdi.