ABŞ-İran danışıqları gedir: Tehranın tələbləri nədir?

ABŞ-İran danışıqları gedir: Tehranın tələbləri nədir?

ABŞ və İran nümayəndələri Oman dövlətində qapalı danışıqlara başlayıblar. Tərəflərin bir-birlərindən tələb və istəklərini bu şəkildə ümumiləşdirmək mümkündür: 1. ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir; 2. İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur; 3. Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar; 4. İran Rusiyaya ballistik raketlər verməməlidir; 5. İran atacağı addımların qarşılığında Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. 6. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını tələb edir.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, danışıqlarda daha çox Tehran maraqlıdır:

“Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ Prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi, Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var – ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır”.

Teqlər: