ABŞ Rusiya və İran arasında artan əməkdaşlıqdan narahatdır. Çünki sonda onlar arasındakı əməkdaşlıq tamhüquqlu müdafiə tərəfdaşlığına çevrilə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
“Biz kifayət qədər narahatıq. Rusiya və İran arasında tarixən çoxlu inamsızlıq mövcuddur. Lakin hazırda onların bir-birinə ehtiyacı var”, – o bildirib.
Börnsün sözlərinə görə, bu tərəfdaşlıqlar artıq Ukraynadakı döyüş meydanına təsir edir:
“Əgər bu davam edərsə, Yaxın Şərqə də təhlükəli təsirləri ola bilər. Ona görə biz bunu çox ciddi qəbul edirik”.