ABŞ iqtisadiyyatının inkişafı zəifləyəcək, lakin… – Yellen

ABŞ iqtisadiyyatının inkişafı zəifləyəcək, lakin… – Yellen

ABŞ iqtisadiyyatının inkişaf tempi zəifləyəcək, lakin tənəzzül baş verməyəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Hesab edirəm ki, əmək bazarı və maaşların artırılması istiqamətində təzyiqlərlə müəyyənləşən “yumşaq eniş” ABŞ iqtisadiyyatı üçün əsas ssenari olaraq qalacaq. Lakin mən bunu mümkün olanlar arasında yeganə ssenari hesab etmirəm. Bu, sadəcə inkişafın daha çox ehtimal olunan yoludur”, – Yellen bildirib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu ABŞ-ın ümumdaxili məhsulunun cari ildə 2,1 faiz, gələn il isə 1,5 faiz artacağını proqnozlaşdırır. ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə iqtisadi inkişaf 2,1 faiz, 2021-ci ildə isə 5,9 faiz təşkil edib.

Teqlər: