Vaşinqton İordaniya Kralı II Abdullahı ABŞ-ın “əsas tərəfdaşı” hesab edir və onu tam dəstəkləyir.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
N.Prays bildirib: “Məlumatları yaxından izləyirik və İordaniya rəsmiləri ilə əlaqə saxlayırıq. Kral II Abdullah ABŞ-ın əsas tərəfdaşıdır və onu hərtərəfli dəstəkləyirik”.
Xatırladaq ki, daha əvvəl xarici KİV-lər İordaniyada dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirdilər.