ABŞ Dövlət Departamenti İndoneziyaya 13,9 milyard dollarlıq F-15 qırıcıları və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildiriblər.
“Nəzərdə tutulan razılaşma ABŞ-ın xarici xiyasəti məqsədlərinə və regionda mühüm tərəfdaşın təhlükəsizliyinin artırılması ilə milli təhlükəsizlik məqsədlərinə cavab verəcək. İndoneziyaya güclü və effektiv özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları baxımından çox vacibdir”, – deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, İndoneziya 36 ədədə qədər F-15 qırıcısı almaq niyyətindədir.