ABŞ inanır: Ukrayna Krımı da azad edəcək

ABŞ inanır: Ukrayna Krımı da azad edəcək

ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Xerson vilayətində uğurlu əks-hücum davam edərsə, Ukrayna Silahlı Qüvvələri Krımı ələ keçirə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri “Deyli Teleqraf” qəzetinə ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.

“Krımın Ukrayna tərəfindən ələ keçirilməsi indi tamamilə mümkündür, bunu hesabdan çıxarmaq olmaz”, – nəşr mənbəsinə istinadla qeyd edib.

Vurğulanıb ki, Ukrayna qoşunlarının Xerson vilayətində hazırkı irəliləyiş tempi ümidvericidir.

Teqlər: