Böyük Britaniya və ABŞ-ın Yəmənə endirdiyi zərbələr İranın husilərə silah tədarükünün qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Yanvarın 11-dən bəri İranın ümumi istifadə etdiyi marşrutlar üzrə silahların daşınması qeydə alınmayıb. Bu zərbələr ehtimal ki, İranın Yəmənə əsas təchizat xətlərini kəsəcək, lakin əməliyyatın uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, husiləri tez bir zamanda silah təchizatını artırmaq imkanından məhrum etmək ABŞ-Britaniya zərbələrinin əsas məqsədi idi.