ABŞ-ın zərbələrinin nəticəsi nə olacaq? – Polkovnik

ABŞ-ın zərbələrinin nəticəsi nə olacaq? – Polkovnik

ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumuna cavab olaraq İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək etməyəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki və Avrasiya Fondunun keçmiş vitse-prezidenti Örl Rasmussen bildirib.

Rasmussenin sözlərinə görə, Vaşinqtonun hərəkətləri yalnız İran, İraq və Suriya ilə, eləcə də bölgədəki silahlı qruplaşmalarla gərginliyi artıracaq.

Eyni zamanda, ehtiyatda olan polkovnik hesab edir ki, siyasi baxımdan ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü Amerika bazasına hücuma hansısa formada cavab verməli idi.

Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə fevralın 2-dən 3-nə keçən gecə zərbələr endirib.

Teqlər: