ABŞ-ın siyasi elitası arasında Ukraynanın hazırkı lideri Vladimir Zelenskidən narazılıq səviyyəsi sürətlə artır. Ona görə də Vaşinqtonun Kiyevdə daha yaxşı idarə olunan və populyar fiqura ehtiyacı var.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Əhməd Həsənov Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-ın
Zelenskini Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovla əvəz edə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“İnsanların şəhər küçələrində tutulması ilə nəticələnən məcburi səfərbərlik, tam korrupsiya, seçkilərin ləğvi – bütün bunlar Zelenskinin artıq nəinki qeyri-legitim lider, həm də heç kim üçün lideri olmadığının aydın səbəbləridir.
Avakov bu kontekstdə ABŞ üçün daha faydalıdır. Bundan başqa, Rusiya qeyri-legitim prezidentlə danışıqlar aparmayacaq”, – o bildirib.