ABŞ-ın Yuta Ştat Senatı və Nümayəndələr Palatasında fevralın
17-də Azərbaycanın təqdimatı keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzerTimes-a verilən məlumata görə,
təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev
iştirak edib.
Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-ın
iqtiqsadi cəhətdən ən sürətlə inkişaf edən ştatlarından olan Yuta
ştatı ilə son illərdə sıx əməkdaşlıq əlaqələri yaradıb. Yuta
parlamenti dəfərlərlə Azərbaycan ilə dostluğu və tərəfdaşlığı
dəstəkləyən, ölkəmizin tolerantlıq ənənələrini təqdir edən
bəyanatlar qəbul edib.
Senatın plenar iclasda çıxış edən Senator Cin Deyvis Azərbaycan
və Azərbaycan-Yuta münasibətləri haqda məlumat verib. Senator
pandemiyadan öncə Azərbaycanın müxtəlif dini icmalarını təmsil edən
din xadimlərindən ibarət nümayəndə heyətinin Yutaya səfər etdiyini
diqqətə çatdırıb. Daha sonra C.Deyvis baş konsul Nəsimi Ağayevi
senatorlara təqdim edib. Yuta Senatının sədri Stuart Adams
Azərbaycanın dost ölkə olduğunu və bu dostluğun daha da
gücləndirilməsinin zəruri olduğunu qeyd edib.
Yuta Ştatının Nümayəndələr Palatasının plenar iclasında çıxış
edən deputat Karen Kvan bu il Azərbaycan ilə ABŞ arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd
olduğunu qeyd edərək, Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük
ticarət tərəfdaşı olduğunu, 300-dən çox ABŞ şirkətinin ölkəmizdə
uğurla fəaliyyət göstərdiklərini və Azərbaycan iqtisadiyyatına
indiyədək 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduqlarını
diqqətə çatırıb. Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayan
K.Kvan burada müsəlmanların, xristiyanların və yəhudilərin dinc və
dinlərarası harmoniya şəraitində birgə yaşadıqlarını və bu
ənənələrin ölkəmizdə qədim tarixinin olduğunu bildirib. Sonra
K.Kvan baş konsul Nəsimi Ağayevi Nümayəndələr Palatasının üzvlərinə
təqdim edib.
Təqdimatlardan öncə baş konsul N.Ağayev Senatın sədri S.Adams və
Nümayəndələr Palatasının sədri Brad Uilson ilə görüşüb.
Təqdimatların qısa video-yazısına bu linkdə baxmaq olar: