ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Coş Huk oktyabrın 15-dən 27-dək regionda səfərdə olacaq.
AzerTimes xəbər verir ki, səfərin məqsədi yüksək vəzifəli şəxslər, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra məsələləri müzakirə etməkdir.
Qeyd edək ki, Hukun səfər proqramına Türkiyə, Azərbaycan və Ermənistana daxildir.