ABŞ-ın yenilənmiş milli müdafiə strategiyası təxminən gələn ilin əvvəlində təqdim ediləcək.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol deyib.
K.Kol bildirib: “İndiki hədəfimiz milli müdafiə strategiyasını önümüzdəki aylar ərzində hazırlamaqdır. Növbəti ilin əvvəlində təqdim edəcəyimizə ümid edirik”.
Qeyd edək ki, bundan əvvəlki və ilk milli müdafiə strategiyası sənədi Respublikaçılar partiyasını təmsil edən sabiq prezident Donald Trampın administrasiyası tərəfindən hazırlanmışdı. ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Demokratlar partiyasını təmsil edir.