ABŞ-ın Türkiyədəki yeni səfiri Cefri Leyn Fleyk etimadnaməsini yanvarın 26-da prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Bu barədə Trend yerli KİV-lərə istinadən xəbər verir.
Keçmiş Respublikaçı senator Fleyk ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışacaq Devid Satterfildi əvəz edərək yanvarın 7-də Türkiyəyə gəlib. Fleykin namizədliyi oktyabr ayında Senatda təsdiqlənib. O, dekabrın əvvəlində vitse-prezident Kamala Harrisin iştirakı ilə keçirilən mərasimdə and içib.