BMT Təhlükəsizlik Şurası bu həftənin sonuna qədər Qəzza zolağında dərhal atəşkəsə çağırış edən ABŞ-ın Yaxın Şərq qətnamə layihəsinə səs verə bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.
“Hələ dəqiq vaxt çərçivəsi haqqında danışmaq istəmirəm, lakin biz səsvermənin mümkün qədər tez baş tutmasını istərdik. Ola bilsin ki, bu həftənin sonuna qədər baş verəcək”, – Vud qeyd edib.