ABŞ-ın Lend-Liz çərçivəsində Ukrayna ordusuna etdiyi hərbi yardım sayəsində Kiyev əks-hücum üçün yeni qruplaşma yaradacaq.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert bildirib ki, ukraynalı müdafiəçilərin hazırda döyüşdə tətbiq etdikləri silah artıq təkmilləşdirilmiş versiyadır:
“Qərb tipli silah və sursatların tədarükü hesabına bu sistem hər gün təkmilləşir. Lend-Liz proqramı Ukraynanın yeni ordusunun formalaşdırılması baxımından vəziyyəti kökündən dəyişəcək. Bu, əks-hücum qrupunun yaradılması üçün əsas olacaq”.