ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Kabul hava limanının mülki hissəsinin açılmasından sonra müvafiq sənədləri olan əfqanların ölkəni sərbəst şəkildə tərk edə biləcəkləri barədə Taliban hərəkatının bəyanatını alqışlayıb.
Xatərladaq ki, daha əvvəl Talibanın Qətər siyasi bürosunun nümayəndəsi Məhəmməd Sohail Şahin Fransa hökumətinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Fransua Rişyelə görüşdən sonra lazımi sənədləri olan bütün əfqanların ölkəni tərk etməsinə icazə veriləcəyini bildirib.