Ağdam. Aslan Məmmədli – Trend:
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ağdam şəhərində səfərdədir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhərdə erməni vandalizminə canlı şahidlik edən nümayəndə heyəti Ağdam Cümə Məscidində olub.
Onlar, həmçinin şəhərin tarixi və vandalizmə məruz qalmasını əks etdirən fotostendlə tanış olublar.