ABŞ vitse-prezidenti Kamala Harris ilk Cənub-Şərqi Asiya turuna başlamaq üçün Sinqapura gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə CNA televiziya kanalı bildirib.
Məlumata əsasən, təyyarə Sinqapurun Hərbi Hava Qüvvələrinin bazasına enib.
Sinqapur Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, K.Harris sabah ölkə prezidenti Halima Yakob tərəfindən qəbul ediləcək, həmçinin Baş nazir Li Syan Lun, iş dairələrinin nümayəndələri ilə görüşəcək.
Vitse -prezidentin iqtisadiyyatın bərpası, regional təhlükəsizlik problemləri də daxil olmaqla pandemiya ilə mübarizə məsələlərini Sinqapur rəhbərliyi ilə müzakirə edəcəyi və Çinin Cənub -Şərqi Asiya və Cənubi Çin dənizindəki fəaliyyətini qiymətləndirəcəyi gözlənilir.
K.Harrisin səfəri hazırkı Amerika rəhbərliyinin yüksək vəzifəli şəxsinin bölgəyə ilk turu olacaq.