ABŞ Ukraynadakı müharibə zamanı Qərbin Rusiya tərəfindən silahlarını ələ keçirməsinə qarşı plan hazırlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamenti Qərb silahlarının ələ keçirilməsinə qarşı mübarizə planına əsasən, Ukraynada, qonşu ölkələrdə silah və sursatların ötürülməsi, saxlanması və yerləşdirilməsi zamanı mühafizəsi və uçotu aparılacaq, regional təhlükəsizliyin idarə edilməsi təkmilləşdiriləcək, qeyri-qanuni silah alverinin qarşısını almaq, aşkar etmək və dayandırmaq üçün təhlükəsizlik qüvvələrinin, hüquq-mühafizə orqanlarının və sərhəd nəzarəti orqanlarının potensialı inkişaf etdiriləcək.