ABŞ-ın Ukraynada ölən attaşesi F-16 üçün gəlibmiş – Foto

ABŞ-ın Ukraynada ölən attaşesi F-16 üçün gəlibmiş – Foto

Ötən ayın 24-də Kiyevdə “Hilton” otelində qəflətən dünyasını dəyişən ABŞ səfirliyinin attaşesinin hərbi müşavir Riçard Harri Kirlin olduğu üzə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Legacy” onlayn xatirə saytında nekroloq dərc olunub.

Onun hərbi sahədə böyük təcrübəsi olub. Kirlin ABŞ HHQ-də xidmət edib, informasiya texnologiyaları və logistika sahəsində işləyib, Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) ilə sıx əlaqədə olub, Pentaqon və Dövlət Departamentində çalışıb.

Kirlin ABŞ-ın Kiyevdəki səfirliyinə yeni göndərilibmiş. O, ölümündən 10 gün əvvəl Ukraynaya gəlib. Mətbuatda yayılan məlumata görə, o, F-16 tədarükü məsələsi ilə məşğul olub.

Qeyd edək ki, ABŞ-ın Ukraynadakı səfirliyi ötən ay bir diplomatın ölümünü təsdiqləyib, lakin onun adını, fəaliyyət dairəsini və ölüm səbəbini açıqlamayıb.

Teqlər: