ABŞ-ın üç şəhərində 28 May “Azərbaycanın Respublika Günü” elan edilib (FOTO)

ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd
şahərlərində 28 may tarixi “Azərbaycanın Respublika Günü” elan
edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bununla
əlaqədar Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhər meri
Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse
“Pepe” Dias və mer Daniella Levin Kava bəyannamə imzalayıblar.

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
tarixindən, ABŞ-la Azərbaycan Respublikası arasında strateji
münasibətlər və tərəfdaşlıqdan bəhs olunub. Amerikada yaşayan
azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak
etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya,
sülhə və firavanlığa töhfə verdikləri, 2006-cı ilin 26 oktyabr
tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının
rolu nəzərə çatdırılıb.

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və
Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Qərarların qəbul edilməsi Mayami şəhərində fəaliyyət göstərən
Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının sədri Töhfə
Eminovanın müraciəti əsasında gerçəkləşib.

Teqlər: