ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib (FOTO)

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər
merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Mitç
Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə
bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada
yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı
soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə
yad edir.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və
mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq
Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.


Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının
rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

Teqlər: