ABŞ-ın təhdidinə Zaxarova gürcülərdən tez cavab verdi

ABŞ-ın təhdidinə Zaxarova gürcülərdən tez cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Gürcüstan hakimiyyətinin ünvanına səsləndirdiyi təhdidləri neokolonializmlə müqayisə edib.

AzerTimes xəbər verir ki, Zaxarova Teleqram səhifəsində bu yöndə paylaşım edib.

“Demokratiya gəldi, cənab. Növbəti stansiya neokolonializmdir”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Tiflisin antidemokratik kursdan imtina etməyəcəyi təqdirdə, ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Teqlər: