ABŞ-ın Tayvanı qoruyacağına şübhə edirik – Nazir

ABŞ-ın Tayvanı qoruyacağına şübhə edirik – Nazir

ABŞ-ın kömək üçün öz qoşunlarını Tayvana göndərəcəyinə dair şübhələrimiz var.

AzerTimes xəbər verir ki, bu barədə Tayvanın müdafiə naziri Çiu Qo Çen deyib.

“Tayvan müdafiə üçün öz qüvvələrinə arxalanmalıdır. Çünki ABŞ-ın adanı müdafiə etmək üçün qoşun göndərib-göndərməyəcəyi hələ də bəlli deyil. Onların kömək edəcəyinə dair heç bir zəmanət yoxdur”, – nazir bildirib.

Qeyd edək ki, Co Bayden Tayvanla Çin arasında münaqişə yaranacağı təqdirdə adanın müdafiəsinə qalxacağını bildirmişdi.

Teqlər: