ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

Suriyanın Deyr əz-Zor vilayətinin şimalında yerləşən ABŞ hərbi bazası ərazisində bir neçə raket partlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər verib.

“Əl Ömər” neft yatağının yaxınlığındakı Zeyban bölgəsində ABŞ hərbi düşərgəsi raket atəşinə tutulub.


Xəsarət alanlar və maddi ziyanın dəyməsi barədə məlumat verilməyib.