Suriyanın Deyr-əz-Zor vilayətindəki “Ömər” neft yatağı ərazisində yerləşən ABŞ hərbi bazasına raket və PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.
“Ömər” neft yatağı ərazisindəki ABŞ bazasına beş raket atılıb. Bundan başqa, bazaya PUA hücumu da edilib. Bazanın cənub hissəsi zədələnib”, – məlumatda qeyd olunub.
Mənbənin sözlərinə görə, raket hücumuna cavab olaraq, ABŞ Suriyanın Deyr-əz-Zordakı qüvvələrinə zərbələr endirib.