ABŞ-ın Suriyadakı hərbi bazası son 24 saat ərzində ikinci dəfə naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hücumun hədəfi Suriyanın Deyr-əz-Zor vilayətindəki Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası olub.
Bildirilir ki, raket hücumu nəticəsində hərbi bazaya maddi ziyan dəyib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.