İslam Müqavimət Təşkilatı Suriyanın Deyr əz-Zor vilayətində ABŞ hərbi bazasına PUA-larla hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir.
“Döyüşçülərimiz Suriyada Amerikanın “Green Village” bazasına PUA-ların yardımı ilə hücum təşkil etdi”, – deyə bildirilib.
Radikallar bununla gün ərzində 3-cü ABŞ bazasını hədəf aldıqlarını açıqlayıblar.