ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var

ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var

Suriyanın Əl-Şəddad şəhərindəki ABŞ bazasına PUA hücumu edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.

Məlumata görə, bazanın ərazisində 3 partlayış olub. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Bundan başqa, Suriyanın şərqində, Koniko neft yatağı yaxınlığında yerləşən ABŞ-ın daha bir bazası da raket atəşinə tutulub. Hücum nəticəsində ABŞ hərbçiləri arasında itkilərin olduğu bildirilir.

Teqlər: