ABŞ-ın “Seawolf USS Connecticut” sualtı atom qayığı Hind-Sakit okeanı regionunun beynəlxalq sularında naməlum obyektlə toqquşub.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “Seawolf USS Connecticut” (SSN 22) sürətli hücum sualtı qayığı oktyabrın 2-si günün ikinci yarısında suyun altında olduğu zaman naməlum obyektlə toqquşub”.
Qeyd edilir ki, sualtı qayıq təhlükəsiz və stabil vəziyyətdədir, toqquşma nəticəsində heyət üzvləri arasında xəsarət alan olmayıb.