“Boeing” şirkətinin perspektivli “Starliner” kosmik gəmisi
ikinci sınaq uçuşu (Orbital Flight Test-2 – OFT-2) çərçivəsində bu
gün Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.
AzerTimes-ın məlumatına görə, bu barədə “NASA” xəbər verib.
Məlumata əsasən, pilotsuz uçuşu həyata keçirən kosmik gəmi
ABŞ-ın şərq sahili vaxtı ilə cümə günü saat 20:27-də BKS-nin ABŞ
seqmentinin Harmoniya moduluna birləşib.