2023-cü ilin noyabrında ABŞ-ın Rusiyadan idxalı 362,4 milyon, Rusiyaya ixracı isə 69 milyon dollara qədər artıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Statistika Bürosunun məlumatında deyilir.
Belə ki, noyabrda Rusiyadan mal idxalı oktyabr ayı (274,4 mln) ilə müqayisədə 32% artıb. Noyabrda ABŞ-ın Rusiyaya ixracı 69 milyon dollara çatıb ki, bu da oktyabr ayı ilə müqayisədə (34,8 dollar) 98,3% çoxdur.