ABŞ Konqresi Senatının xüsusi kəşfiyyat komitəsi ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri vəzifəsinə təyin edilməsini dəstəkləyib.
AzerTimes-ın məlumatına görə, komitə üzvləri U.Bernsin namizədliyinin lehinə yekdilliklə səs veriblər. İndi Senatın tam heyəti onun kəşfiyyat idarəsinin rəhbəri vəzifəsinə təyin edilməsinə səs verməlidir.
Xatırladaq ki, U.Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb və hazırda Karneqi Fonduna rəhbərlik edir.