ABŞ Dövlət Departamentinin son açıqlaması çox maraqlıdır. “Dağlıq Qarabağ” ifadəsini hələ də işlədirlər, amma “humanitar böhran” sözləri yoxdur, “pisləşən humanitar şərait” yazıblar.
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Erkin Qədirli qeyd edib.
“Blokada”, “Laçın dəhlizi” sözləri də hələ qalır. Bununla belə, uzatmadan əlavə yolların açılışına dair bir çağırış var. Üstəlik, “Dağlıq Qarabağ xalqı/əhalisi” yerinə “Dağlıq Qarabağın kişiləri, qadınları və uşaqları” sözlərini yazıblar. Bu ritorik yumşalma gedişatın xeyrimizə dəyişdiyini göstərir”, – millət vəkili bildirib.