ABŞ hələ də Rusiya rəhbərliyində dəyişiklik etməyi qarşısına məqsəd qoymayıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Qeyd edək ki, ötən il Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden ictimaiyyət qarşısında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsinə çalışmayacaqlarını bildirmişdi.