İyulun 7-də Nigeriyanın paytaxtı Niameydəki 101-ci hərbi bazanı tamamilə boşaltdıq. 15 sentyabradək isə Nigeriyada qalan 300 ABŞ hərbçisi təhlükəsiz şəkildə ölkədən çıxarılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx deyib.
Qeyd edək ki, Nigeriyada təqribən 1000 hərbçisi, Aqadez şəhərində PUA bazası olan ABŞ sentyabr ayının ortasına kimi ölkədən ordusunu tamamilə çıxaracağını açıqlamışdı.