ABŞ-ın Minneapolis şəhərində Zəfər Günü qeyd edilib (FOTO)

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində 8 Noyabr – Zəfər Günü qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Gunel Rallisin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə icmalarının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Günel Rallis qonaqlara Zəfərə gedən yol, 44 günlük müharibədə əldə edilən qələbə barədə məlumat verib. Qarabağa dair hazirlanmiş məlumat vərəqələri qonaqlara paylanılıb.


Aşkina Türk Rəqs Ansamblı Azərbaycan rəqslərini ifa edib. Tədbir Azərbayacan xalq mahnılarının səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, bayram tədbirinə qatılan xüsusi qonaqlardan biri Dakota Şəhər Texniki Kolleci Vəqfinə rəhbərlik edən iş adamı Meri Skoessler olub. O, “ALLwaysJoy”u qurmazdan əvvəl müxtəlif sektorlarda marketinq kommunikasiyaları üzrə liderlik edib.

Teqlər: