Rusiya ilə ABŞ arasında əsir mübadiləsi ona görə baş verdi ki, tərəflər ümumi dil tapa bildilər.
AzerTimes xəbər verir ki, bunu ötən gün ABŞ-ın azad etdiyi rusiyalı silah baronu Viktor But deyib.
“Amerikalılar həmişə bütün siyasətlərini küçə oğlanları səviyyəsində aparırlar. Əslində mən əminəm ki, bizim rəhbərliyimiz, ölkəmizdə qərar qəbul edənlər belə düşünmürlər. Həqiqi güc heç vaxt belə ucuz səviyyədə təzahürə ehtiyac duymur. Hesab edirəm ki, sövdələşmə baş tutubsa, bu, iki tərəfi qane edə biləcək bəzi təmas nöqtələrinin tapılması deməkdir. Əks halda bu sövdələşmə baş verməzdi”, – But bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Viktor Butun amerikalı basketbolçu Brittni Qraynerlə dəyişdirilməsini Vaşinqtonun zəiflıiyi və kapitulyasiyası adlandırmışdı.