ABŞ-ın Ukraynanın köməyi ilə Rusiyanı məhv etmək cəhdi Vaşinqton üçün fəlakət oldu və Moskva bu döyüşdə qalib gəldi.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkə hesabında yazıb.
D.Makqreqor bildirib ki, uğursuz plan ABŞ-ın zəifliyini dünyaya nümayiş etdirib:
“Vaşinqtonun ukraynalıların həyatı bahasına Rusiyanı məhv etmək üçün uğursuz cəhdi Moskvanın strateji qələbəsinə səbəb oldu”.