ABŞ-ın Maliyə Nazirliyi bir il müddətinə Venesuelaya LPG-nin ixracına icazə verdi

ABŞ-ın Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsi 8 iyul 2022-ci il tarixinədək maye qazının (LPG) Venesuelaya ixracına qismən icazə verib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat agentliyin saytında dərc olunub.

Amerika təşkilatlarının qarşı tərəfləri Venesuela hökuməti, dövlət neft korporasiyası “PDVSA” və” PDVSA”nın səhmlərinin yarısına və ya daha çoxuna sahib olduğu şirkətlər ola bilər. Buna baxmayaraq, ABŞ-ın müvafiq sanksiya siyahısına daxil olan digər şəxslər və təşkilatlarla ticarət əməliyyatları qadağan altında qalır. Neft və neft məhsulları ilə barter mübadiləsi qadağandır.

İdarə ayrıca xarici təşkilatların da bu cür əməliyyatlara görə sanksiyalardan azad olacağını əlavə edir.

Teqlər: