ABŞ-ın Kanzas ştatında tornado nəticəsində 15 mindən çox insan
işıqsız qalıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə
ev və tikili tamamilə və ya qismən dağılıb. Yerli hakimiyyət
orqanları qurbanların olduğunu bildirir, lakin ölənlər yoxdur.
Qeyd edək ki, aprelin 30-da Kanzas ştatının Andover şəhərində
ciddi dağıntılara səbəb olan güclü tornado baş verib.