ABŞ-ın Əfqanıstanın paytaxtı Kabil şəhərindəki səfirliyi yaxınlığında bir neçə partlayış baş verib.
AzerTimes-ın “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, hazırda səfirlikdə diplomatik missiyanın təxminən 50 əməkdaşı var və onların təxliyəsi davam etdirilir.
İlkin məlumata əsasən, naməlum şəxslər tərəfindən əl qumbaraları partladılıb.
Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Xatırladaq ki, “Taliban” bu gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib. Taliblər bildiriblər ki, bir neçə saat ərzində paytaxtın idarəsini öz üzərlərinə götürəcəklər.